İqtİsadİyyat

Expressbank cəbhəyanı bölgədə uşaqları sevindirdi

Expressbank cəbhəyanı bölgədə uşaqları sevindirdi
 

Hər zaman korporativ sosial məsuliyyət layihələri ilə fərqlənən, ölkənin aparıcı banklarından olan Expressbank-ın əməkdaşları 1 iyun uşaqların müdafiəsi günü ilə bağlı Tərtər rayonunda xeyriyyə aksiyası təşkil ediblər. "Xoşbəxt gələcəyimiz naminə” adlı layihə çərçivəsində növbəti tədbir Tərtər Rayon İcra hakimiyyətinin dəstəyi ilə məcburi köçkünlər üçün yeni inşa edilmiş Şıxarxda qəsəbəsində baş tutdu. Expressbank 5 saylı körpələr evi-uşaq bağçasının meydançasında balaca sakinlər üçün oyun kompleksini istifadəyə verdi. Oyun meydançasından bağça və ətraf qəsəbələrdən gələn ortalama 200 uşağın faydalanması gözlənilir.

İstifadəyə verilən kompleksdə oyunlar oynayan və əylənən uşaqların sevinci gözlərindən, təbəssümlərindən bəlli idi. Cəbhəyanı bölgədə yaşayan balacaların gülüş səsi ətrafı bürüyərək tədbirə xüsusi rəng qatdı. Bankın İnsan Resursları Departamentinin rəhbəri Məlahət Abdullayeva layihənin məqsədi barədə məlumat verdi:

"Bu gün cəbhəyanı bölgədə yaşayan uşaqların sevincini görmək bizi xoşbəxt edir. Gələcəyimiz olan uşaqlar daima diqqətimizdədir. Onların xoşbəxt gələcəyi naminə layihələr reallaşdırmaqda davam edəcəyik. Unutmayaq ki, insanlığın təməli uşaqlıqdan qoyulur. Bu sağlam təməlin atılmasında bizim də payımız olsun istədik. Oyunlar uşaqların psixoloji, ictimai və zehni inkişafını təmin edən ən mühüm vasitələrdən biridir. Bununla onlar ətraf mühiti, həyatı kəşf edir. Bu səbəbdən oyun meydançasını onlara hədiyyə etdik.”

Expressbank-ın uzun illərdir fəaliyyət göstərən layihəsinin məqsədi ölkənin gələcəyi olan uşaqların, gənclərin maarifləndirilməsinə, daha faydalı vətəndaş kimi yetişməsinə dəstək olmaqdır. Qeyd edək ki, bank korporativ sosial məsuliyyət siyasəti çərçivəsində müxtəlif layihələr reallaşdıraraq azyaşlıların və gənclərin hərtərəfli inkişafına dəstək olur.

Pərakəndə və biznes bankçılıq sahəsində fəaliyyət göstərən, geniş maliyyə məhsulu və xidmətlərinə malik olan Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

Tərtərdəki tədbirdən hazırlanan videonu təqdim edirik.

https://www.youtube.com/watch?v=BbIuNRAPYC4

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930