İqtİsadİyyat

"Expressbank"dan ailə biznesinə dəstək

 

Expressbank korporativ sosial məsuliyyət strategiyası çərçivəsində dəstək və motivasiyaedici layihələrini davam edir.

"Expressbank"dan Sfera.az-a  verilən məlumata görə, bu dəfə bank 25 oktyabr tarixində Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) nəzdində fəaliyyət göstərən ABAD (Ailə Biznesinə Asan Dəstək) ilə birlikdə "ABAD-la DAD” tədbirinə imza atmışdır.

Tədbir yerli istehsalatın gücləndirilməsinə töhfələr vermək, ailə biznesinin təbliğatı məqsədilə təşkil edilmişdir. Görüşdə 50-yə yaxın media nümayəndələri Expressbank-ın təşkilatçılığı ilə bir araya toplaşaraq, ABAD-çıların istehsal etdiyi məhsullardan hazırlanmış səhər yeməyi təamlarını dadmışlar. Media nümayəndələri görüşü yüksək dəyərləndirmiş, yaradılmış şəraitə görə ABAD və Expressbank-a təşəkkürlərini bildirmişlər.

Tədbirdən hazırlanmış qısa video çarx ilə https://youtu.be/TLjnbgYZyL4 linkdən tanış ola bilərsiniz.

 

Pərakəndə və biznes bankçılıq sahəsində geniş çeşiddə bank məhsulu və xidmətlər təklif edən Expressbank-ın ölkə ərazisində 15 filialı mövcuddur. Bank xidmətləri barədə ətraflı məlumatı 132 Məlumat Mərkəzinə zəng edərək, www.expressbank.az saytına və ya bankın sosial şəbəkələrdəki rəsmi səhifələrinə daxil olaraq əldə edə bilərsiniz.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031