Maraqlı

“Eynşteyn, Maykl Duqlas, Van Qoq və...” - Məşhurların həyatından MARAQLI FAKTLAR

“Eynşteyn, Maykl Duqlas, Van Qoq və...” - Məşhurların həyatından MARAQLI FAKTLAR

Məşhur insanların bioqrafiyası bütün zamanlarda maraq doğurub. Tanınmış insanların həyat hekayələri bir sıra suallarımıza cavab tapmaqda, onların müdrikliyini əxz etməkdə bizə kömək edir. İstedadlı insanların taleyinə düşən, qarşısına çıxan maneələr bizi təəccübləndirib heyrətləndirir.

 

Beləliklə, Sfera.az məşhur insanlar haqda maraqlı faktları təqdim edir:

 

Marlon Brando rollarını əzbərləmirdi

 


 

Tanınmış aktyor Marlon Brando ("Xaç atası” filminin əsas personajlarından biri) bəzən çəkilişlərə rolunu öyrənmədən gəlirdi. Aktyor improvizə istedadına güvənirdi. Bu qabiliyyəti sayəsində tamaşaçılar tərəfindən sevilən bir sıra əfsanəvi səhnələr yaranır. Günlərin birində sənətkar bədahətən 18 dəqiqəlik monoloq söyləyir, həmin monoloqun iki dəqiqəsi filmin sonuncu variantında saxlanılır.

 

Albert Eynşteyn məktəbdə o qədər də yaxşı oxumayıb

 


 

Uşaqlıqda Eynşteynin valideynləri onun əqli geriliyinə görə çox narahat idilər. Oğlan çox gec dil açmışdı, məktəbdə sinif yoldaşlarınddan çox geri qalırdı. O, yunan dili üzrə imtahanları verə bilmirdi, sinif otaqlarınddakı ciddi qaydaları xoşlamırdı, özünü pis aparırdı. Yalnız təbiət elmlərini yaxşı qavrayırdı.Bu fənləri tədris edən müəllimlər onun bacarığını tərif edib Eynşteyni zəki şagird adlandırırdılar.

 

Karl Marksın "Kapital”ının bIrinci nəşri populyar olmayıb

 

 

Marsın "Kapital” əsərinin ilk nəşri oxucular tərəfindən biganəliklə qarşılanmışdı. Çoxları isə düşünürdü ki, sözügedən əsər qavrayışçün həddən artıq mürəkkəbdir.

 

Maykl Duqlas qorxu simvoluna çevrilmişdi

 

 

 


 


Dünyaşöhrətli Hollivud aktyoru Maykl Duqlas öz rollarındda dövrünün ağ dərili konservator kişilərinin qorxularını canlandırıb. Aktyor " Ölümcül cazibə”, "Əsas instinkt” və " İfşa” (1994) filmlərində fırıldaqçı qadının qurbanı olur. "Məndən əl çək!”(1993) filminddə isə milli azlıqlar, qloballaşma və siyasi dürüstlüklə toqquşur.

 

Van Qoq monoloqları və qarışıqlığı xoşlayırdı

 

 

 

Vinsent Van Qoq dahi rəssam və qeyri-adi insan idi. O daim dahi rəssamlar və məşhur əsərlər haqda uzun-uzadı danışar, istənilən mövzuda monoloqlar söyləyərdi. Van Qoq ətrafında yaratdığı qarışıqlığı, xaosu sezmirdi. Nizamsızlıq onu əsla narahat etmirdi: fırçalarını öz corabları ilə silib təmizləyirdi, hətta günlərin birində gəzintidən gəlib çirkli çəkmələrlə yatağa uzanmışdı.

 

Selcan

Sfera.az

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930