Texnologİya

"Facebook"u milyardlıq cərimə gözləyir

"Facebook” və Federal Ticarət Komissiyası (FTK) sosial şəbəkədə konfidensiallığın pozulmasına görə bir neçə milyard dollar cəriməni müzakir edir.
 
Sfera.az bildirir ki, "The Washington Post” nəşrinin yazdığına görə bu cərimə indiyə qədər şirkətlərə kəsilmiş ən yüksək məbləğ olacaq. Lakin hələlik məbləğ müəyyən olunmayıb.
 
Son illər "Facebook” şəxsi məlumatların sızmasına görə qalmaqalların mərkəzindədi. FTK ötən ilin martında "Cambridge Analytica" ilə bağlı qalmaqalı araşdırır. Bu şirkət 87 milyon "Facebook” istifadəçisinin şəxsi məlumatlarını onların razılığı olmada əldə etmişdi.
 
Qeyd olunur ki, "Facebook” 2011-ci ildə FTK ilə istifadəçilərin konfidensiallığını qorumaqla bağlı razılığa imza atmışdı.

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031