Cəmİyyət

Fuad Abbasovdan vəkili ilə bağlı şok açıqlama - Ailəmdən tələb edib ki...

Fuad Abbasovdan vəkili ilə bağlı şok açıqlama - Ailəmdən tələb edib ki...
Vəkil Elman Paşayevin barəmdə söylədikləri həqiqətə uyğun deyil.

Sfera.az xəbər verir ki, bu sözləri hazırda həbsdə olan jurnalist Fuad Abbasov Musavat.com-a müraciətində deyib.

E.Paşayevin onun vəkili olmadığını vurğulayan jurnalist azadlığa çıxandan sonra hər şeyə aydınlıq gətiriləcəyini bildirib:

"Elman Paşayevə mənim barəmdə mətbuata hər hansı bir məlumat verilməsi qadağan edilmişdir. O, mənim vəkilim deyil. Elman Paşayev mənim valideynlərimlə görüş zamanı mənim iş adamı Füzuli Məmmədovun tərəfinə keçməyimi tələb edib. Mən də buna etiraz etmişəm".

Jurnalist eyni zamanda onun saxlandığı yerə günün istənilən saatında girib-çıxmanın da mümkün olmadığını, vəkilin bu barədə dediklərinin həqiqətə uyğun olmadığını bildirib:

"Mən Azərbaycana geri qayıtmamaq məqsədi ilə yox, 10 gün ərzində Apellyasiya Məhkəməsinə müraciət edərək haqsızlıqlara son verilməsi üçün həbsdə qalmağa qərar vermişəm. Bundan başqa, mənim vəkillərim diletant deyillər. Elman Paşayevin vəkillik lisenziyası olmadığı üçün, yüksək peşəkar vəkillərlə müqavilə imzalanıb".

Xatırladaq ki, bir neçə saat öncə E.Paşayev musavat.com-a açıqlamasında F.Abbasovun siyasi məqsədlər üçün həbsdə qalmaq istədiyini, diletant vəkillər tərəfindən idarə olunduğunu, sonuncuların onu yanlış yönləndirdiyini bildirmişdi. Vəkil eyni zamanda jurnalistin Azərbaycana qayıtmaq istəməməsinin arxasında da "siyasi qəhrəman" olma istəyinin dayandığını demişdi.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031