Cəmİyyət

Füzulinin illərdir axtarılan “Ərəb divanı” bu ölkədə tapıldı

Füzulinin illərdir axtarılan “Ərəb divanı” bu ölkədə tapıldı

"Ürək ağrısı ilə qeyd edirəm ki, əsrlər boyu xalqımızın milli müstəqilliyi olmadığına görə, qeyri-maddi mənəvi sərvətlərimiz, əlyazmalarımız talanaraq digər ölkələrə aparılıb. Misal olaraq Füzulinin "Ərəb divanı” uzun 10 illiklər ərzində mütəxəssislər tərəfindən axtarılsa da, son nəticədə Sankt-Peterburqda yerləşən kitabxanadan tapıldı”.

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin üzvü Gövhər Baxşəliyeva parlamentin bu gün keçirilən plenar iclasında gələn ilin dövlət büdcəsinin müzakirəsi zamanı deyib.

O bildirib ki, ölkəyə gələn işğalçıların istilası nəticəsində əlyazmalar kütləvi şəkildə başqa ölkələrə aparılıb: "Xarici ölkələrdə kütləvi şəkildə Azərbaycana məxsus əlyazmalar var. Düşünürəm ki, bu işlə məqsədyönlü şəkildə məşğul olunmalı, dünya kitabxanalarında mövcud olan əlyazmalarımızı ölkəmizə gətirməliyik”. /report

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031