Dünya

Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin elan olunmasını dəstəklədi

Gürcüstan parlamenti ölkədə fövqəladə vəziyyətin elan olunmasını dəstəklədi

Gürcüstan parlamenti bütün ölkə ərazisində aprelin 21-dək fövqəladə vəziyyətin elan olunması ilə bağlı prezidentin fərmanını dəstəkləyib.

Sfera.az-ın məlumatına görə, report-un yerli bürosu xəbər verir ki, bu barədə qərar qanunverici orqanın xüsusi iclasında qəbul olunub.

Sənədin lehinə 115 deputat səs verib.

Səsvermə Gürcüstan prezidenti Salome Zurabişvilinin çıxışından sonra baş tutub. Dövlət başçısı fövqəladə vəziyyətin elan olunmasının vacibliyindən danışıb.

Fövqəladə vəziyyət haqqında fərmana əsasən, yük daşımalarından başqa Gürcüstanın bütün dövlət sərhədləri vasitəsilə gediş-gəlişə məhdudiyyətlər qoyulur. Ölkədə bütün qapalı məkanlarda 10-dan çox insanın bir arada toplaşması qadağan olunur.

Bu vəziyyətdə bütün dövlət xidmətləri yeni iş rejiminə keçəcək, Gürcüstan hökumətinin fərdi şəxslər və təşkilatların mülkiyyətində olan əmlaklarının tibbi və karantin məqsədilə istifadə etmək hüququ olacaq.

Zərurət yaranacağı hada Gürcüstan hökuməti dərman vasitələri, tibbi xidmətlər və ərzaq məhsullarının qiymətlərini tənzimləyəcək.

Hökumət həmçinin yeni təhsil qaydaları müəyyənləşdirəcək və ehtiyac olan halda tibbi təhsilli bütün şəxsləri səfərbər edə biləcək.

Bununla yanaşı, fövqəladə vəziyyətdə məhkəmə iclasları distant formada keçiriləcək.

Xüsusi vəziyyətin tələblərini pozan fiziki şəxslər 3 min lari, hüquqi şəxslər isə 15 min lari məbləğində cərimə olunacaqlar. Bu hallara təkrar yol verənlərlərə qarşı isə üç ilədək müddətə həbs cəzası tətbiq olunacaq.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031