AKTUAL

Həbsdə olan qardaşına corabın içərisində “Tiryək” keçirmək istədi

Həbsdə olan qardaşına corabın içərisində “Tiryək” keçirmək istədi
 

Bakı İstintaq təcridxanasına narkotik maddələrin keçirilməsi cəhdlərinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimai əlaqələr şöbəsindən verilən xəbərə görə, əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən həbs edilmiş şəxs Mustafayev Fərid Fərhad oğluna qardaşı Ağsu şəhər sakini Mustafayev Fuad Fərhad oğlu tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman soğanın içərisində gizlədilmiş 1 ədəd şəffaf selofan bükülüdə 0,183 qram limon duzu və 2 ədəd siqaretin gümüşü kağızına bükülmüş 0,595 qram narkotik maddə "Heroin” aşkar edilib.

Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələrinə əsasən həbs edilmiş şəxs Derakhshansaghezchi Hamdollah Mashiatollahın qardaşı İran İslam Respublikasının Astara şəhər sakini Derakhshan Mearaj Mashiatollah tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman iki cüt qara rəngli coraba hopdurulmuş 1,899 qram narkotik maddə "Tiryək” aşkar edilib. 

Hər iki faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30