Hadİsə

"Heç kəs uşağa yaxınlaşa bilmirdi" - Mingəçevirdə boğularaq ölən uşaq haqqında ŞOK TƏFƏRRÜAT

Ötən gün Mingəçevirdə 2018-ci il təvəllüdlü Ağamalıyeva Rəna Şəhriyar qızı yorğan-döşək altında qalıb və boğularaq ölüb.

Hadisə ilə bağlı həmin ünvanda yaşayan qonşu Könül Qurbanova yeniavaz.com-a açıqlama verib. O bildirib ki, hadisənin baş verdiyi ailənin üzvləri Hacıqabul sakinləridir və həmin ünvanda kirayə yaşayırlar. O hadisə haqqında isə bunları deyib: "Axşam saatları idi. Səs-küyə yuxarı 5-ci mərtəbəyə qalxdıq. Təcili yardım da orada idi. Mən gördüm ki, uşağın rəngi saralıb. Həkimlər dedilər ki, uşağı götürün endirin aşağı. Heç kəs ürək edib uşağa yaxınlaşa bilmirdi. Mən uşağı qucağıma alıb aşağı endirdim və xəstəxanaya çatdırdıq. Həkimlərin səyinə baxmayaraq onu xilas etmək mümkün olmadı. Cəmi 9 aylıq qız uşağı idi. Ailənin ilk övladı idi. Uşaq çarpayıda yatarkən onun üzərinə yastıq aşıb. Ana da elə bilib ki, uşaq yatıb və beləcə işini görüb. Artıq biləndə gec olub”. 

Qeyd edək ki, faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930