AKTUAL

"İcra başçıları başa düşməlidir ki, güzəşt olmayacaq" – Fəzail Ağamalı

 

Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Ağstafa Rayon İcra Hakimiyyətindən 2 ay sonra Neftaçala Rayon İcra Hakimiyyətində əməliyyat keçirərək icra başçısı İsmayıl Vəliyev də daxil bir neçə məmuru şübhəli şəxs kimi saxlaması müxtəlif mülahizələrə səbəb olub.

Sfera.az xəbər verir ki, cəmiyyət tərəfindən müsbət qarşılanan bu əməliyyatlara konspirativ yanaşanlar da var. Onlardan bəziləri icra başçılarının saxlanılmasını hakimiyyətdaxili ziddiyyətlərlə əlaqələndirir. Lakin bəzilərinin fikrincə, hakimiyyət sadəcə ölkədə baş qaldıran narazılığı bir qədər azaltmaq üçün artıq əhəmiyyətsiz fiqura çevrilən məmurları qurban verir. Yəni, iqtidar rüşvət və korrupsiyaya, məmur özbaşınalığına qarşı mübarizənin imitasiyasını həyata keçirməklə vətəndaşların itmiş inamını müəyyən qədər bərpa etmək və ömrünü uzatmaq istəyir.

60 saylı Salyan-Neftçala seçki dairəsinin qalibi elan edilən, bundan əvvəl həmin dairədən 3 dəfə deputat seçilən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalı isə bu mülahizələri bölüşmür. Onun fikrincə, DTX-nın əməliyyatları 2018-ci ildə keçirilən prezident seçkilərindən sonra idarəçilik sisteminin yenilənməsinin, islahatların aparılmasının yeni mərhələyə qədəm qoyması ilə bağlıdır: "Prezident İlham Əliyev 2018-ci ildə keçirilən prezident seçkilərindən əvvəl idarəçilik sisteminin yenilənəcəyi, ölkədə bütün sahələr üzrə islahatlar aparılacağını bəyan etmişdi. Prezident seçkilərdən sonra dediklərini reallaşdırmağa başladı və ciddi islahatlara start verildi.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930