Sİyasət

İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib

İlham Əliyev Macarıstanın dövlət başçısını təbrik edib
 

Azərbaycan Prezidenti İlham Əliyev Macarıstanın Prezidenti Yanoş Aderə ölkəsinin milli bayramı münasibətilə təbrik məktubu ünvanlayıb.

Sfera.az xəbər verir ki, təbrik məktubunda deyilir:

"Hörmətli cənab Prezident,

 

Ölkənizin milli bayramı münasibətilə Sizə və xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

Azərbaycan-Macarıstan əlaqələri gündən-günə genişlənməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı tərəfdaşlıq münasibətləri, ikitərəfli və çoxtərəfli qaydada qarşılıqlı faydalı əməkdaşlığımız xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da ardıcıl şəkildə inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Macarıstan xalqına daim sülh və firavanlıq diləyirəm”.

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031