Dünya

Çində koronavirusdan bir gündə 108 nəfər öldü

Çində koronavirusdan bir gündə 108 nəfər öldü

Çində yeni növ koronavirusun yayılması nəticəsində ötən gün ərzində 108 nəfər ölüb.

Bu barədə TASS Çinin "Gigiyena və Səhiyyə üzrə Dövlət Komitəsi”nin saytında dərc olunan xəbərə əsasən məlumat yayıb.

 

Məlumatda bildirilir ki, Çin ərazisində 42600 nəfərdən artıq insan koronavirusa yoluxub:

"10 fevral saat 24:00-a olan nəticələrə görə, yeni növ koronavirusa yoluxaraq pnevmaniyaya tutulan xəstələrin sayı 42638 nəfərə çatıb. 3996 nəfər isə sağalaraq xəstəxanadan evə buraxılıb”, - deyə açıqlamada bildirilir.

Virusun yayıldığı Hubey əyalətində ən çox virusa yoluxma və ölmə hadisəsi qeydə alınıb. Burada virusa yoluxmuş 31738 nəfərdən 974-ü ölüb. Koronavirusdan ölənlərin ümumi sayı isə 1016-dır. (oxu.az)

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829