Gündəm

İran dünyaya başqa yol qoymadı: YA DAĞIDICI MÜHARİBƏ, YA DA SƏMƏRƏLİ SANKSİYALAR...

İran dünyaya başqa yol qoymadı: YA DAĞIDICI MÜHARİBƏ, YA DA SƏMƏRƏLİ SANKSİYALAR...

 

"Hesab edirəm ki, iqtisadi sanksiyalar İran iqtisadiyyatının çökməsi istiqamətində səmərə verməkdədir”.

 

Sfera.az-a açıqlamasında bu sözləri Tehranın uranın zənginləşdirilməsi yoluna keçəcəyinə dair səslənən son fikirlərə münasibət bildirərkən Orta Doğu Araşdırmalar Mərkəzinin sədri Sədrəddin Soltan deyib:

 

"İran bu yaxınlarda Avropa İttifaqına bildirdi ki, nüvə sazişi üzrə müqavilədən çıxmaqla bağlı qərarını iki ay müddətinə qədər uzadır. Ötən həftə sonu İran elan etdi ki, uranın zənginləşdirilməsini 3,67 faizdən yuxarı həddə qədər qaldırmağa hazırlaşır. İran belədə həm 300 kq uranı artırmağı, həm də 3,67 faizlik qatılaşdırmanı artırmağı düşünür. Məhz 3,67 faizlik rəqəmdən yüksək həddə olanda nüvə silahı əldə etmək mümkün olur. Dünya, o cümlədən Fransa buna təpki göstərdi. Çünki onlar İranın uranın zənginləşdirilməsinə getməsini məqbul hesab etmirlər”.

 

Həmsöhbətimiz bildirdi ki, İranı ABŞ-ın ardınca Avropa İttifaqının sanksiyalarına da məruz qalmaq təhlükəsi ciddi narahat edir: "Tehran rəsmiləri də yaranmış vəziyyəti dəyərləndirməklə anladılar ki, ABŞ-ın ardınca, Avropa İttifaqının da sanksiyalarına məruz qalmaları İranın bütövlükdə iqtisadi baxımdan çökməsinə gətirib çıxaracaq. Odur ki, əslində İran özü-özünə iki ay müddətinə möhlət istəyib. Amma gedən prosesin müharibəyə gətirib çıxaracağı gerçək deyil. Hesab edirəm ki, iqtisadi sanksiyalar İran iqtisadiyyatının çökməsi yolunda səmərə verir. Fikrimcə, İran iqtisadiyyatının çökdürülməsi istiqamətində aparılan işlər uğurla gedir. Səmərə verdiyi təqdirdə, milyardlarla pul xərcləyib boş-boşuna insanları məhv etməyə nə ehtiyac var?.

 

Qeyd edək ki, İran 2015-ci ildə imzalanmış nüvə anlaşmasını pozaraq, uranın zənginləşdirilməsinə dair limiti pozacağını növbəti dəfə bəyan edib. Belə ki, ABŞ-ın razılaşmadan geri çəkilməsinin ildönümündə İran müqaviləni imzalayan digər ölkələr - Çin, Fransa, Almaniya, Rusiya və Böyük Britaniyaya 60 günlük müddət verib. Müddətin başa çatdığı bazar günü isə mətbuat konfransı keçirən İran xarici işlər nazirinin müavini Abbas Araqçi ölkəsinin bir neçə saat içində 3.67 faiz konsentrasiyadan yuxarı uran zənginləşdirməyə başlayacağını söyləyib.


Elçin

 

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031