Iran kəşfiyyatı azərbaycanlı fəalı oğurladı

Iran kəşfiyyatı azərbaycanlı fəalı oğurladı

Ötən günlərdə Rəşt şəhərində yoxa çıxan güney azərbaycanlı milli-mədəni fəal Yaşar Nikrudan xəbər yoxdur.

Teleqraf.com xəbər verir ki, İranın hüquq-mühafizə orqanları fəalın harada saxlanılması barədə məlumat verməkdən imtina edir.

Məlumata görə, Yaşar Nikru İran kəşfiyyatının ardıcıl təhdidlərindən sonra saxlanılıb.

Milli fəala mayın 22-də bir neçə dəfə zəng edilib, fəal şübhəli zənglərdən sonra yaxınlarına saxlanıla biləcəyi barədə məlumat verib.

Artıq 2 həftədən çoxdur ki, fəaldan heç bir xəbər yoxdur. Yaxınları bildirir ki, İranın kəşfiyyat qurumu tərəfindən tutulub, lakin kimsə harada saxlandığını bilmir.


XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930