Hadİsə

Jurnalistin övladını it dişlədi

Jurnalistin övladını it dişlədi

Bakıda daha bir uşağa it hücum edib.

Publika.az xəbər verir ki, hadisə Səbail rayonu, Lermontov küçəsində yerləşən "Şəlalə” parkında baş verib.

İtin hücumuna məruz qalan uşaq Publika.az-ın əməkdaşı, jurnalist Asif Nərimanlının övladıdır. Jurnalist bildirib ki, övladına hücum edən itin "ağızlığı” olmayıb:

"Bu gün parkda it oğluma hücum edib, qolunu dişləyib. Anası uşağı qurtarmaq üçün çantanı itin üstünə atanda itin sahibləri hücum çəkib ki, bizim itə niyə hücum edirsiniz. Fotodan da göründüyü kimi itin "ağızlığı” yoxdur, halbuki, ictimai yerlərdə iti belə gəzdirmək qanunla qadağandır. Bunlarsa deyir ki, gedin kimə şikayət edirsiniz edin. Hadisə ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət etmişik”.

Jurnalist qeyd edib ki, itin sahibləri övladına və həyat yoldaşına qarşı kobudluq da ediblər.

"Şükür ki, uşaq ciddi xəsarət almayıb, yenə də həkimə müraciət edəcəyik”, - deyə o bildirib.

 



XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30