Cəmİyyət

Keçmiş SSRİ-də əhalisi ən çox artan ölkələr (Siyahı)

Keçmiş SSRİ-də əhalisi ən çox artan ölkələr (Siyahı)

Azərbaycan ən çox əhali artımı olan respublikalardandır

Bilge.azxəbər verir ki, "brilliantmaps.com" platforması keçmiş SSRİ coğrafiyasında əhalisi ən çox artan ölkələrin siyahısını açıqlayıb.

 

Platformanın təqdim etdiyi xəritədə ən çox əhali artımının müsəlman coğrafiyasında olduğu görünür. Ölkələrin siyahısını təqdim edirik, siyahıda əhali artımı çoxdan aza doğru sıralanıb:

Tacikistan (+75.9%)

Özbəkistan (+65.7%)

Türkmənistan (+55.5%)

Qırğızıstan (+43.1%)

Azərbaycan (+40.7%)

Qazaxstan (+9.8%)

Rusiya (-0.35%)

Belarus (-6.97%)

Ermənistan (-9.12%)

Estoniya (-15.93%)

Ukrayna (-17.99%)

Moldova (-18.21%)

Litva (-23.85%)

Latvia (-27.24%)

Gürcüstan (-31.44%)

"Dünya Bankı"nın göstəricilərinə görə, SSRİ-nin dağılmasından sonrakı dövr ərzində ümumilikdə 8 respublikada təbii artım müşahidə olunub. Ən çox təbii artımın baş verdiyi ölkələr çoxdan aza doğru belə sıralanır: Tacikistan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Azərbaycan, Qazaxstan, Ermənistan və Gürcüstan.

Bir başqa statistikada isə 1989-2017-ci illər arasında mənfi miqrasiya tendensiyası yaşayan ölkələr göstərilib. Keçmiş SSRİ-də bu dövrdə ən mənfi miqrasiya tendensiyası yaşayan ölkələr bunlardır: Moldova, Latviya, Litva, Qırğızıstan, Ermənistan və Estoniya. Miqrasiya sahəsində müəyyən qədər balanslı vəziyyət isə Qazaxstan və Azərbaycandadır.

Qeyd edək ki, statistikaların hazırlanmasında "Dünya Bankı" və BMT-nin məlumatlarından istifadə edilib.

 

XƏBƏR LENTİ

«    İyun 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
24252627282930