Cəmİyyət

Koronavirusa daha çox bu zonanın əhalisi yoluxub - RƏSMİ

Koronavirusa daha çox bu zonanın əhalisi yoluxub - RƏSMİ
 "Fevralın axırı-martın əvvəli koronavirus xəstəliyi xaricdən gələn vətəndaşlarla ölkəyə idxal olunurdu. Ondan sonra xəstəlik halları ölkə daxilində qeydiyyata alınmağa başladı”. 

Sfera.az xəbər verir ki, bunu Səhiyyə nazirinin müavini Viktor Qasımov Nazirlər Kabineti yanında Operativ Qərargahın koronavirusla bağlı KİV nümayəndələri üçün keçirilən mətbuat konfransında deyib.
 
Onun sözlərinə görə, cənub zonasında xəstəliyə yoluxma daha çoxdur:

"Bu da sərhədlərin tam bağlanmaması ilə əlaqədar idi. Müəyyən sayda soydaşımız İrandan daxil olmuşdu, çox güman ki, onlar arasında xəstəlik daşıyıcıları da var idi. Ona görə böyük miqyasda testləşmə nəticəsində bunları aşkar edirik”.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031