Maraqlı

Koronavirusa görə bu şəhərdə “onlayn evlilik dövrü” başlayıb - FOTO-VİDEO

Koronavirusa görə bu şəhərdə “onlayn evlilik dövrü” başlayıb - FOTO-VİDEO
 Koronavirusa qarşı görülən tədbirlər çərçivəsində yeni evlənən cütlüklər üçün onlayn nikah təşkil olunur.

Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yenilik Türkiyənin İstanbul şəhərində, Ümraniyyə bələdiyyəsində həyata keçiriləcək.

Vətəndaşların sağlamlığının müdafiəsi üçün nikah mərasimlərinə gəlin və bəyin yaxınlarının gəlməsinə icazə verilmir. Mərasimə ancaq cütlüklər və nikah şahidləri buraxılır.

Bu səbəbdən cütlüyün xoşbəxtliyinə şahidlik etmək istəyən qohumlar üçün onlayn tətbiqə başlanılıb: nikah mərasimləri internetdən canlı yayımlanır.

Məlumata görə, bələdiyyədə gün ərzində orta hesabla 15 nikah bağlanır.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031