Dünya

Koronavirusu qəsdən yayan adam öldü - Yaponiyada

Koronavirusu qəsdən yayan adam öldü - Yaponiyada
 

Yaponiyada koronavirus diaqnozu qoyulan şəxs ölüb.

Sfera.az xəbər verir ki, 57 yaşlı Qamaqori şəhər sakini xəstəxanada koronavirusdan həyatını itirib.

Martın əvvəlində koronavirus diaqnozu qoyulan həmin şəxs növbəti gün xəstəxanaya yerləşdirilə biləcəyi üçün həkimlər ondan birbaşa evə getməsini və özünü təcrid etməsini istəyiblər.

Bunun əvəzinə o, əvvəllər infeksiyaya yoluxmuş qohumlarına virusu başqalarına yaymaq istədiyini bildirərək, azı iki bara gedib.

Barlardan birində yapon koronavirusa yoluxduğunu deyəndən sonra işçilər polisə və səhiyyə işçilərinə xəbər veriblər.
Həmin vaxt barda olanlardan birində sonradan koronavirus aşkar edilib. Həkimlər onun vəziyyətinin stabil olduğunu bildiriblər. (milli.az)

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031