Maraqlı

Kraliyyət ailəsi parçalanır - Sarayda yeni qalmaqal

Kraliyyət ailəsi parçalanır - Sarayda yeni qalmaqal

Böyük Britaniyada kral ailəsi Harri və Meqan Marklın səlahiyyətlərindən imtinasından özünə gəlməmiş, yeni zərbə ilə üzləşib. II Elizabetin böyük nəvəsinin həyat yoldaşı boşanma ərizəsi yazıb.  

Bu barədə Lenta.ru xəbər yayıb.

41 yaşlı Otem Kelli 12 illik evlilikdən sonra Piter Fillipslə boşanmağa qərar verib. Ailəyə yaxın mənbənin verdiyi məlumata görə, Piter bu xəbərdən ümidsizliyə düçar olub:

 

"O, bunun baş verə biləcəyini düşünmürdü. Hesab edirdi ki, iki gözəl qızı ilə ideal ailəyə sahibdir. Piter tamamilə şok vəziyyətindədir”.

Müsahib onu da bildirib ki, kraliça Otemi çox istəyir: 

"Heç şübhəsiz, kraliça çox kədərlənəcək. Əvvəl baş verənləri də nəzərə alsaq, elə bil ki, kraliyyət ailəsi parçalanır”.

O da vurğulanıb ki, Otem üçüncü şəxsə görə boşanmır: "Heç biri yeni roman barədə düşünmür, sadəcə onlar bir-birilərindən uzaqlaşıblar”.

 

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829