İqtİsadİyyat

Kredit borclarının aqibəti necə olacaq? - Millət vəkili açıqladı + VİDEO

Kredit borclarının aqibəti necə olacaq? - Millət vəkili açıqladı + VİDEO

Kredit müqavilələrinin ödəmə vaxtı ilə bağlı üç aylıq güzəşt olunması təklif edilir. Bunu bütün dünya edir.

Bu məsələ Azərbaycanda reallaşacaqmı və belə olarsa, sözügedən təklif necə tənzimlənəcək? 

Sfera.az Baku.tv-yə istinadən xəbər verir ki, dünyada koronavirusla əlaqədar investisiya maliyyə təşkilatları tərəfindən qlobal böhran elan edilib. Ticari əlaqələrin zəifləməsi səbəbindən bir sıra ölkələrdə banklar vətəndaşlara güzəştlər tətbiq edir. 

İqtisadçı, millət vəkili Vüqar Bayramov deyib ki, digər ölkələrdə olduğu kimi, ölkəmizdə də kredit müqavilələrinin müddəti, eyni zamanda onların ödəmə vaxtı ilə bağlı üç aylıq güzəştlərin edilməsi təklif edilir.  

Millət vəkilinin sözlərinə görə, ödənişlərdə üç aylıq güzəştin tətbiqi imkan verəcək ki, özəl sektorda çalışan və koronavirusa qarşı mübarizədə məhdudlaşdırıcı tədbirlərin mənfi təsir etdiyi sektorlarda işləyən vətəndaşlarımızın kredit ödənişlərinin qrafikinə dəyişikliklər edilsin: 

"Yəni, üç ay müddətində kredit ödənişlərini edə bilməyən şəxslər bununla bağlı cərimə olunmasınlar. Xüsusən, özəl sektorda çalışan vətəndaşlarımızın ödəmə qabiliyyətində azalmalar var.

Nəzərə alsaq ki, ölkəmizdə kommersiya bank sektorunda iki bank istisna olmaqla digərləri özəl banklardır, o zaman dövlət bu istiqamətdə birbaşa müdaxilə edə bilmir”.  

Millət vəkili bildirib ki, bu sahədə də banklara dövlət tərəfindən dəstək verilməlidir.



 

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031