Sağlıq

Ölüm gətirən virus Azərbaycana yaxınlaşır: HƏKİMLƏR ÇARƏSİZDİR

Ölüm gətirən virus Azərbaycana yaxınlaşır: HƏKİMLƏR ÇARƏSİZDİR
İranda sentyabr ayından bəri 81 nəfər qrip xəstəliyindən vəfat edib.

Bu barədə məlumatı İranın səhiyyə nazirinin müavini Əli Rıza Rəisi verib. Onun sözlərinə görə, keçən həftə də qrip səbəbi ilə ölən 25 nəfərlə birlikdə sentyabr ayından bu tərəfə 81 nəfər H1N1 virusunun (donuz qripi) qurbanı olub. Son bir həftədə isə 8 min 333 nəfər qrip şikayəti ilə xəstəxanaya müraciət edib.

Rəisi qeyd edib ki, bu virusa yoluxan şəxslər ciddi şəkildə gigiyenik qaydalara riayət etməli və mümkün olduğu qədər insanlarla fiziki təmasdan çəkinməlidir.

www.yenicag.az

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031