Cəmİyyət

Marşrut avtobuslar saat neçəyə kimi işləməlidir? – EKSPERTDƏN AÇIQLAMA

Marşrut avtobuslar saat neçəyə kimi işləməlidir? – EKSPERTDƏN AÇIQLAMA
 

"Burada çox şey yanaşma və zərurətdən asılıdır”


Sfera.az-a açıqlamasında bu sözləri Bakıda sərnişin nəqliyyatının iş müddəti qrafikinin bir qədər artırılması zərurətinə toxunarkən nəqliyyat məsələləri üzrə ekspert Azər Allahverənov deyib.


Bununla belə onun fikrincə, avtobusların iş qrafikinin gecə saat 01.00-02.00-dək artırılması bir qədər mürəkkəb məsələdir:

 

"Ölkəmizdə müxtəlif tədbirlər keçirilən ərəfələrdə, xüsusən də idman yarışları dövründə sərnişin nəqliyyatı gecə gec saatlarına qədər işləyib. Bir sıra ölkələrdə də avtobus və metro daha uzun qrafik müddəti ərzində işləyir. Məsələn, İstanbulda ictimai nəqliyyat gecə saat 01.00-ə qədər işləyir. Amma bəzi ölkələr də var ki, orada sərnişin nəqliyyatı daha qısa qrafikdə işləyir. Məsələn, London metropoliteni saat 23.00-dan sonra qapılarını bağlayır. Təbii ki, burada çox şey yanaşma və zərurətdən asılıdır. Aydiyyatı strukturlar sərnişin nəqliyyatının daha uzun qrafikdə, gecə saat 01.00-02.00 qədər işləməsini təvsiyyə edə bilərlər. Amma söhbət gecə saatlarından getdiyindən onun resursları başqa cədvəl üzrə hesablanmalıdır”.

  

A. Allahverənov düşünür ki, məsələnin həlli üçün avtobus parkı genişləndirilməli, sürücü potensialı artırılmalıdır: "Hazırda avtobus sürücüləri qıtlığını yaşayırıq. Bakıda vur-tut 2200 avtobus var. Hətta gün ərzində onlar hərəkətdə olanda da lazım olan həcmdə sərnişin daşımaq iqtidarında olmurlar. Bunun üçün də avtobus parkı genişlənməlidir. Kifayət qədər sürücü potensialı bazası olmalıdır. İndiki halda isə sürücü resursları məhduddur. İstənilən halda, aydiyyatı strukturlar təklifi nəzərdən keçirməlidirlər”.


Qeyd edək ki, Bakı şəhərində sərnişin nəqliyyatı, eləcə də metro gecə saat 24.00-la qədər işləyir. Həmin andan sonra isə sərnişinlər ancaq baha başa gələn taksilərin xidmətindən istifadə etməli olurlar. Bu müstəvidə sərnişinlərin maraqlarına cavab vermək üçün təkliflər səslənir ki, ictimai nəqliyyatın hərəkət qrafiki gecə saat 01.00-02.00-dək uzadılsın.

  

Elçin

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30