Hadİsə

Masallıda dəhşətli qəza - 8 nəfər yerindəcə keçindi - FOTO - VİDEO

Masallıda dəhşətli qəza - 8 nəfər yerindəcə keçindi - FOTO - VİDEO
 

Masallıda yük maşını Mersedes "Vito" markalı mikroavtobusla toqquşub.

Sfera.az report-a istinadən xəbər verir ki, hadisə nəticədə 8 nəfər ölüb. Bir nəfər müxtəlif dərəcəli xəsarətlərlə Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 

Məlumat verilir ki, yaralı qadındır. Məlumata görə, ölənlərin isə 2-si qadın, 3-ü kişi və digər 3-ü məktəblidi. 

Hadisə zamanı xəsarət alan qadının 24 yaşı var. O, hazırda reanimasiyadadır.

Bildirilir ki, qəzaya düşənlər toya gedirlərmiş.

Masallıda ağır qəzada dünyasını dəyişən şəxslərin kimliyi məlum olub. Dünyasını dəyişənlər Rzayev Əsgər Yaqub oğlu, azyaşlı övladları Rzayev Hikmət Əsgər oğlu, Rzayev Azər Əsgər oğlu, Tağıyev Rəşad Atalı oğlu, Rufullayev Ayxan Namiq oğlu, soyadları bilinməyən Murtac və Ələkbər adlı şəxslərdir.

Qəzada ölən bir nəfər xanımın hələlik kimliyi məlum deyil.

Ağır qəzada xəsarət alan iki nəfər 1995-ci il təvəllüdlü Tağıyeva Milanə Atalı qızı, soyadı məlum olmayan Ruhiyyə adlı qadındır. Masallı Mərkəzi Rayon Xəstəxanasından Trend-ə verilən məlumata görə, hər iki şəxsin vəziyyəti yaxşıdır.



XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930