Krİmİnal

Maştağada əməliyyat - Silahlı şəxs saxlanıldı - Foto

Maştağada əməliyyat - Silahlı şəxs saxlanıldı - Foto

Maştağa qəsəbəsində silahlı şəxs saxlanılıb.

Sfera.az xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən yeni sabah-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsi 14-cü Polis Bölməsinin əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxsi saxlayıb. 

Belə ki, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Sabunçu rayon sakini Elxan Vahabov Maştağa qəsəbəsində tutulub. Onun üzərinə və yaşadığı evə baxış zamanı 1 ədəd "TT" markalı atəşə yararlı tapança, 5 ədəd həmin silaha məxsus  patron və daraq, eləcə də 1 ədəd "TOZ” markalı tüfəng aşkar edilərək götürülüb. Saxlanılan şəxs silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Faktla bağlı 14-cü Polis Bölməsində toplanan materiallar araşdırlması üçün Sabunçu RPİ-nin İatintaq Şöbəsinə göndərilib.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031