AKTUAL

Mərhum ginekoloq Səbinə Mirzəyevanın kitabı ikinci dəfə nəşr olundu - Xeyriyyə aksiyası

Mərhum ginekoloq Səbinə Mirzəyevanın kitabı ikinci dəfə nəşr olundu - Xeyriyyə aksiyası
 

Ötən il vaxtsız vəfat edən tanınmış ginekoloq dr. Səbinə Mirzəyevanın ölümündən qısa müddət əvvəl ərsəyə gətirdiyi kitabı xeyriyyə məqsədi ilə ikinci dəfə nəşr olunub.

 

Qaynarinfo-nun verdiyi xəbərə görə, "Dr.Səbinə Mirzəyeva ilə addım-addım hamiləlik" kitabının ikinci nəşrinı ön sözü Millət vəkili Qənirə Paşayeva yazıb .

 

"Libraff" mağazalar şəbəkəsindən 15 manat əldə edə biləcəyiniz kitab məhdud tirajla - 1000 ədəd çap olunub.

 

Qeyd edək ki, kitabın birinci nəşrinin satışından da əldə edilən vəsait xeyriyyə işlərinə sərf olunmuşdu.

 

Kitabda gələcək ananın hamiləlik dövründə qarşıya çıxan çətinliklərin öhdəsindən asanlıqla gəlməsi üçün yetərincə praktiki məsləhətlər verilib. Kitabda hamiləliklə bağlı ümumi və praktiki suallar nəzərdən keçirilib. Məsləhətlər toplusu olan bu kitabda hamiləliyə hazırlıq mərhələsi, hamiləliyin bütün həftələri, doğuş prosesi və doğuşdan sonrakı çətin, eyni zamanda, məsuliyyətli dönəm haqqında bütün vacib məlumatları əldə etmək olar.

 

Qeyd edək ki, dr. Səbinə Mirzəyeva 3 aprel 2018-ci ildə vəfat edib.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031