Hadİsə

Məşhur aktrisanın brilyantları oğurlandı: “Əmisi çox vəzifəli şəxsdir”

Məşhur aktrisanın brilyantları oğurlandı: “Əmisi çox vəzifəli şəxsdir”
Aktrisa Çimnaz Sultanovanın evindən 50 min manatlıq zinət əşyaları oğurlanıb.

O, bu barədə "Bizimləsən” proqramında məlumat verib. 

Aktrisa tanınmış şəxsin onun evindən zinət əşyalarını oğurladığını deyib: "Böyük rütbəli şəxsin qardaşı qızı evimdən oğurluq edib, evimdəki qızıl və brilyantları götürüb. Ona söz vermişdim, ona görə kişi qızı kimi susurdum, heç yerdə bu haqda danışmırdım. O xanımın əmisi çox vəzifəli şəxsdir və hamımızı əmisi ilə qorxudur. Millət vəkilinin də qohumudur, anası isə əməkdar incəsənət xadimidir. Şou-biznesdə çox insanlar var ki, onu gözəl tanıyır. Sözün əsl mənasında dələduzdur. O evimdən 50 minlik zinət əşyası oğurlayıb. İcazə verilsə, onun adını  açıqlayacağam”.

Verilişin aparıcısı Zaur Baxşəliyev isə həmin məşhura 2 gün vaxt verdiyini və bu müddət ərzində borcunu qaytarmazsa, adını açıqlayacağını deyib.musavat

XƏBƏR LENTİ

«    Oktyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123456
78910111213
14151617181920
21222324252627
28293031