Maqazİn

Məşhur reper Məmmədyarovun baldızı ilə nişanlandı - FOTO

Məşhur reper Məmmədyarovun baldızı ilə nişanlandı - FOTO
"Qurd” ləqəbi ilə tanınan reper Fərid Eminov nişanlanıb.

Sfera.az Publika.az-a istinadla xəbər verir ki, reper tanınmış şahmatçı Şəhriyar Məmmədyarovun baldızı Leyla Məmmədova ilə nişanlanıb. Nişan mərasimi evdə baş tutub.

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə dünyada yayılmış koronavirusla əlaqədar ölkədə xüsusi rejimin tətbiq olunması və əhaliyə mümkün qədər ehtiyatlı davranmaq tövsiyyə olunmasına baxmayaraq, cütlük nişan mərasimi çox təxirə salmaq istəməyib.

Məlumat üçün bildirək ki, bir dəfə evli olan reper sevgilisiylə münasibətlərini payız aylarında elan edib. Qurd əvvəllər verdiyi açıqlamasında həyat yoldaşından ayrılmağına səbəb kimi xəyanət etdiyini göstərmişdi. Onun ilk nikahından 2 övladı var.
 

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031