Maqazİn

Məşhur transseksual “Avroviziya-2020”-də onlayn aparıcı olacaq - FOTO

Məşhur transseksual “Avroviziya-2020”-də onlayn aparıcı olacaq - FOTO

May ayının 12, 14 və 16-da Niderlandın Rotterdam şəhərində keçiriləcək sayca 65-ci "Avroviziya” mahnı müsabiqəsində ilk dəfə onlayn aparıcı olacaq.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, "Youtube”da yayımlanacaq xüsusi buraxılışlarla yarışmanın izləyiciləri müsabiqənin pərdə arxasında baş verənləri canlı izləmək şansı əldə edəcəklər.

"Youtube”da yayımlanacaq xüsusi buraxılışların aparıcılığını sözügedən videoplatformanın məşhur siması 25 yaşlı "beauty” (gözəllik) blogeri Nikki de Yager edəcək.

Niderlandlı bloger bir beçə həftə öncə transseksual olduğunu açıqlayıb.

Qeyd edək ki, "beauty” (gözəllik) blogeri Nikki de Yagerin "Youtube” hesabında 12,5 milyon izləyici var.

 

 

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829