Cəmİyyət

Millət vəkili İranla sərhədyanı rayonların sakinləri üçün kompensasiyaedici addımlar atılmasını təklif edir

Millət vəkili İranla sərhədyanı rayonların sakinləri üçün kompensasiyaedici addımlar atılmasını təklif edir
 Milli Məclisin deputatı Bəhruz Məhərrəmov parlamentin bu gün keçirilən iclasında çıxış edərək, İranla sərhədyanı rayonların sakinləri üçün kompensasiyaedici addımlar atılmasını təklif edib.


Sfera.az xəbər verir ki, millət vəkili bu məsələnin hökumət qarşısında qaldırılmasını Parlament rəhbərliyindən xahiş edib:


"Bildiyiniz kimi, koronovirus təhlükəsinin qarşısının alınması tədbirləri çərçivəsində Azərbaycanla İran arasında gediş-gəliş tam məhdudlaşdırılmışdır. Bu özlüyündə çox müsbət addımdır və virusun ölkədə yayılmaması üçün həlledici qərarlardan biridir. Lakin bu qərar sərhədyanı rayonlarımız, bu qəbildən seçildiyim Biləsuvar rayon sakinləri üçün əlavə problemlərə yol açıb".

Deputat qeyd edib ki, ərzaq və gündəlik tələbat malları İranda daha münasib qiymətə olduğu üçün, Biləsuvar sakinləri (eləcə də digər sərhədyanı rayonlar) bu tip məhsulları şəxsi istifadə həddində İrandan tədarük edirdilər: "Sərhədlərin bağlanması ilə vətəndaşlar ucuz məhsul almaq imkanından məhrum olmuşlar. Təbii ki, mən dövlətin qərarını dəstəkləyirəm. Lakin hesab edirəm ki, insanları da başa düşməliyik və Biləsuvar və analoji rayonlarımızda ərzaq və digər gündəlik tələbat məhsullarının qiymətlərinin ucuzlaşması üçün vergilərin götürülməsi, azaldılması və s. kimi kompensasiya edici addımlar atılmalıdır. Tədbirlərin qısamüddətli olmasını nəzərə alaraq bu məsələnin dövlətimiz üçün elə də ciddi xərclərə səbəb olmayacağı qənaətindəyəm"- deyə Bəhruz Məhərrəmov bildirib.



XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031