Cəmİyyət

Mnatskanyan Məmmədyarovla görüşdən danışdı: Biz də insanıq

Mnatskanyan Məmmədyarovla görüşdən danışdı: Biz də insanıq
Ermənistan və Azərbaycan xarici işlər nazirlərinin Brüsseldə görüşməsi normal haldır.

Bunu jurnalistlərə açıqalmasında Ermənistan Xarici İşlər naziri Zöhrab Mnatsakanyan deyib.

"Belə çərçivədə olan özəl söhbətlər çox normal davranışdır. Biz də insanıq və biz də bir-birimizlə söhbət edə bilərik. Hər görüşümüzdə hansısa problemi həll etməməliyik”, – deyə o bildirib.

Mnatsakanyan həmçinin Paşinyanla Əliyevin növbəti görüşünün Vaşinqtonda olma ehtimalının çox olduğunu bildirib. Bununla belə, o özünü sığortalayaraq, ABŞ-ın bu barədə açıqlama verməsinin daha doğru olacağını söyləyib.

Qeyd edək ki, bundan öncə Məmmədyarov Paşinyan-Əliyev görüşünün növbəti raundunun Vaşinqtonda olacağını açıqlayıb. İrəvan tərəfi indiyə qədər bu məsələdə qəti mövqe tutmayıb və bəzi hallarda təkzib etməyə də çalışıb.

XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031