Maqazİn

Monika Belluççi cazibədarlığı ilə göz qamaşdırdı - FOTO

Monika Belluççi cazibədarlığı ilə göz qamaşdırdı - FOTO
 Parisdə "Moda həftəsi” çərçivəsində "Christian Louboutin” sərgisi nümayiş olunub. Brendin tarixinə həsr olunmuş ekspozisiyanı ulduzlardan ilk olaraq 55 yaşlı dünya şöhrətli aktrisa Monika Belluççi görüb.

Tədbir üçün aktrisanın seçdiyi sadə geyim onun cazibədar bədən quruluşunu nümayiş etdirib.

Sərgidə aktrisa məşhur yazıçı Silviya Le Merrerlə görüşüb. O, Monika ilə birgə çəkdirdiyi şəkli sosial şəbəkələrdə paylaşıb.

 

İstifadəçilər "Möhtəşəm”, "İki cazibədar gözəl”, "Heyrətamiz” kimi şərhlərlə qadınlara heyranlıqlarını bildiriblər.

Qeyd edək ki, Monika bu yaxınlarda çəkdirdiyi şəkilləri ilə gündəmə gəlib. Cazibədar aktrisa "L'Officiel” dərgisinin yeni buraxılışının siması olub.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930