AKTUAL

MSK-dan daha bir ləğv qərarı

MSK-dan daha bir ləğv qərarı
 

Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında Milli Məclisə seçkilərlə əlaqədar 48 saylı Yevlax Seçki Dairəsi üzrə qeydiyyata alınmış namizəd Rüfət Hacıbəylinin müraciətinə baxılıb.

Sfera.az xəbər verir ki, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

A. Muxtarova bildirib ki, R. Hacıbəyli seçki günü bu seçki dairəsi üzrə 3 və 13 saylı seçki məntəqələrində qanun pozuntularının olduğunu iddia edib və həmin məntəqələrdə seçkinin nəticələrinin ləğv olunmasını xahiş edib. MSK sosial şəbəkələrdə bu məntəqələrlə, o cümlədən 6 saylı məntəqə ilə bağlı yayılmış görüntüləri və protokolları da araşdırıb. MSK-nın araşdırması zamanı yalnız 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin seçicilərin iradəsini əks etdirmədiyi üzə çıxıb, 3 və 13 saylı seçki məntəqələrində isə pozuntular aşkarlanmayıb.

MSK 48 saylı Yevlax Seçki Dairəsi üzrə 6 saylı seçki məntəqəsində seçkinin nəticələrinin ləğv edilməsi barədə qərar verib. (apa)


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930