Maqazİn

Nadir Qafarzadə od püskürdü: “Özünüzü yığışdırın, kişiliyinizi evinizdə göstərin” - VİDEO

Nadir Qafarzadə od püskürdü: “Özünüzü yığışdırın, kişiliyinizi evinizdə göstərin” - VİDEO

"Xəzər” TV-də yayımlanan "Hər Şey Daxil” səhər şousunda qonaq olan müğənni Nadir Qafarzadə qalmaqallı açıqlamalar verib

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, şou-biznesin açıq sözlü sənətçisi proqramın aparıcısı Tarix Əliyevin (Tolik) ünvanladığı "Qocaman kişi sənətçilərimiz saçlarını boyatdırırlar. Buna görə onları tənqid edirlər. Sənətçi əgər saçını boyatdırırsa, bu qəbahətdir?” sualına N.Qafarzadənin cavabı kəskin olub:

 

"Bu səhnədir. Səhnənin öz mədəniyyəti və tələbləri var. Biz səhnə adamlarıyıq. Düşünürəm ki, əgər bir sənətçi saçını boyatdırırsa, bunda ayıb yoxdur. Nəinki səhnə, eləcə də adi insan da özünə baxmalıdır.

Bu kişi söhbətlərini yığışdırın! Başqa millətin nümayəndələri bu söhbətlərə görə, bizə gülər. Özünüzü yığışdırın. Keçmişi yada salın. Dilinizi qısa edin. Kişisən evində kişiliyini göstər. Kim kişilikdən danışırsa, getsin kişiliyi arvadına, qohumlarına göstərsin. Ümumilikdə kişilik haqqında danışma. Çünki adamın qarşısına elə faktlar çıxararlar ki, qalarsan... nə isə...”


XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829