Hadİsə

Neftçalada baş verən qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb

Neftçalada baş verən qəzada bir nəfər ölüb, iki nəfər yaralanıb
 

Neftçalada ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Neftçala rayonunun Qarabucaq kəndində qeydə alınıb.

 

"Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər ölüb, iki nəfər isə yaralanıb. Yaralılar Salyan rayon xəstəxanasına yerləşdiriliblər.

 

Qəzanın təfərrüatları aydınlaşdırılır. Faktla bağlı araşdırma aparılır.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930