AKTUAL

Nişanlısından ayrıldığı üçün intihar edən Mahirin FOTOları

Nişanlısından ayrıldığı üçün intihar edən Mahirin FOTOları
 Xaçmazda baş verən intihar hadisəsinin təfərrüatları məlum olub.

BAKU.WS qafqazinfo-ya istinadən xəbər verir ki, 1994-cü il təvəllüdlü Səfərov Mahir Nəbi oğlu iyulun 18-də Nərəcan kəndində özünü asaraq intihar edib.

Məlumata görə, Mahir sevdiyi qıza görə canına qəsd edib. Belə ki, imkansız ailənin övladı olan Mahirin ailəsi oğullarının sevdiyi qıza elçi getməsinə razı olmayıblar. Buna görə də 25 yaşlı gənc özünü asıb.
 

Hadisədə baş verməmişdən öncə Mahirin sevdiyi qız onun anasına zəng edərək, oğlanın özünə nəsə edəcəyindən qorxduğunu bildirib. Zəngdən çox keçməyib ki, Mahir özünü asıb. Yaxınları mərhumun ipdən asılmış halda aşkarlayıb. Bu zaman 25 yaşlı gənc çoxdan keçinmiş olub.

Qeyd edək ki, Mahir Səfərovun qardaşının hərbi xidmətdə olduğu bildirilir. Yaxınlarının verdiyi məlumata görə, Səfərovun əsgər qardaşı hadisədən xəbərsizdir.


XƏBƏR LENTİ

«    Avqust 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1234
567891011
12131415161718
19202122232425
262728293031