Hadİsə

Oğlunun yanında söyüş söyənin boğazından yapışdı

Oğlunun yanında söyüş söyənin boğazından yapışdı

Məşhur aktrisa Bade İşçilin keçmiş əri, iş adamı Malkoç Süalp yeniyetməni döyməkdə ittiham olunur.

Sfera.az qafqazinfo-ya istinadən xəbər verir ki, iddiaya görə, o, azyaşlı oğlu Azurla idman zalına gedib.  Bu zaman məkanda basketbol oynayan bir qrup gəncin söyüşlü dialoqlarının şahidi olub.

M. Süalp yanında uşaq olduğunu bildirərək onlara xəbərdarlıq edib. Lakin 15 yaşlı S. H. iş adamı ilə mübahisə etməyə başlayıb. Bu zaman Malkoç Süalp sözügedən şəxsin boğazından yapışıb. Yeniyetmənin valideynləri hadisədən xəbərdar olduqdan sonra polisə müraciət ediblər.

 

Aktrisanın eks-həyat yoldaşı isə açıqlama verərək gəncin boğazından yox, ağzından tutaraq söyüş söyməyinin qarşısını aldığını bildirib.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930