İqtİsadİyyat

PAŞA Bank gənc proqramçıları dəstəkləyir

PAŞA Bank gənc proqramçıları dəstəkləyir
 Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank ölkədə informasiya texnologiyaları və proqramlaşdırmanın inkişafına və bu sahədə bilik və bacarıqlarını artırmaq istəyən gənclərə daima öz dəstəyini göstərir.

10 noyabr 2019-cu il tarixində Bakıda keçiriləcək ICPC (International Collegiate Programming Contest) regional yarışmada PAŞA Bank baş sponsor olaraq çıxış edəcək. Qeyd edək ki, tədbirdə ilk dəfə sponsor qismində universitet (xüsusən də Bakı Mühəndislik Universiteti) deyil, hər hansı bir şirkət iştirak edir.

Yarışmada Azərbaycanın müxtəlif institut və universitetlərində tədris alan 250-ya yaxın tələbənin iştirak edəcəyi gözlənilir. Yarışmada qalib gələn tələbələr Gürcüstanda keçiriləcək növbəti mərhələdə ölkəmizi təmsil edəcəklər.

Məlumat üçün bildirək ki, ICPC kimi tanınan Beynəlxalq Kollegial Proqramlaşdırma Yarışması hər il dünyanın müxtəlif universitetləri arasında keçirilən proqramlaşdırma üzrə çox mərhələli rəqabət yarışmasıdır. 2018-ci ildə ICPC yarışmasında 110 ölkənin 3223 universitetindən 52709 tələbə iştirak etmişdir.

ICPC yarışması haqqında ətraflı məlumat: https://icpc.baylor.edu/

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930