İqtİsadİyyat

"PAŞA Bank Gürcüstan"ın rəhbərliyinə yeni təyinat

 

"Unibank" ASC-nin İdarə Heyəti sədrinin I müavini və baş risk inzibatçısı Asəf Hüseynov "PAŞA Bank" ASC-nin Gürcüstandakı törəməsinə ("PAŞA Bank Gürcüstan") təyinat alıb.

 

O, noyabrın 1-dən "PAŞA Bank Gürcüstan"ın İH-nin üzvü kimi fəaliyyət göstərir. 

 

A.Hüseynov açıqlamasında xəbəri təsdiqləyib: "Unibank”da 3 illik strateji dövr var idi və bu dövrdə müəyyən edilmiş hədəflərin hamısı yüksək səviyyədə icra olundu. Hazırda "Unibank” mənfəət göstəricisinə görə, ilk 5-likdədir. Bundan sonra "PAŞA Bank Gürcüstan"da fəaliyyət göstərəcəyəm". (Report)

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930