Maqazİn

“Playboy” ulduzunun keçmiş əri: “Axmaq qocayam, Pamelanın 200 minlik borcunu ödədim”

“Playboy” ulduzunun keçmiş əri: “Axmaq qocayam, Pamelanın 200 minlik borcunu ödədim”

74 yaşlı prodüser Con Piters "Playboy” ulduzu Pamela Anderson ilə boşandıqdan sonra model haqqında qalmaqallı açıqlamalar verib.

Sfera.az oxu.az-a istinadla xəbər verir ki, Con evliliyi müddətində Pamelanın 200 min dollar borcunu ödədiyini və qarderobunu tamamilə yenilədiyini söyləyib.

Jurnalistlərlə söhbətində özünü qoca bir axmaq adlandıran Con keçmiş həyat yoldaşını yalan danışmaqda günahlandırıb:

"Uzun illər Pamelaya qayğı göstərdim və onu həyatıma sevgi ilə qəbul etdim. Maddi vəziyyətinin yaxşı olmadığını görüb, onun bütün borclarını ödədim, çoxlu yeni geyimlər aldım”.

Prodüserin sözlərinə görə, o, Pamela ilə evlənmək niyyətində olmayıb, ancaq "Playboy” ulduzu özü evlənməyə təşəbbüs göstərib və ona bu barədə mesaj yazıb:

"Evlənmək istədiyini o, mənə yazanda xəyalım gerçəkləşdi. Baxmayaraq ki, başqa bir qadınla nişanlanmışdım. Amma Pamelaya görə, hər şeyi atdım”.

Qeyd edək ki, bu, hər iki ulduzun sayca beşinci evliliyi olub. Pamela ilə Con Malibuda evləniblər. Cütlük uzun zamandır tanışdırlar və aralarında bir dəfə qısa sevgi romanı olub. 12 gün evlilikləri sürən ikili fevral ayının ilk günündə boşanıblar.

XƏBƏR LENTİ

«    Fevral 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12
3456789
10111213141516
17181920212223
242526272829