Dünya

Polis canlı yayımda etirazçını güllələdi - VİDEO

Polis canlı yayımda etirazçını güllələdi - VİDEO

 

Honkonqda baş tutan etiraz aksiyasında polis nümayişçiyə atəş açıb. Hadisə anı "Facebook”da canlı yayımlanıb. 

"Haber7”nin məlumatına görə, görüntülərdə polisin ona qarşı çıxan nümayişçiyə iki dəfə atəş açması əks olunub. 

Məlumata görə, yaralı şəxs xəstəxanaya aparılıb və hazırda vəziyyəti ağırdır. 

Bu, aylardır davam edən etiraz aksiyalarından polisin etirazçılara atəş açdığı üçüncü hadisədir. 

Honkonqda etirazlar cinayət törədən şəxslərin Çinə ekstradisiyasını nəzərdə tutan qanun layihəsinin müzakirəsi səbəbindən bu ilin iyununda başlayıb. (oxu.az)

 

XƏBƏR LENTİ

«    Dekabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031