Krİmİnal

Prokuror beşqat dünya çempionuna 8 il cəza istəyib

Prokuror beşqat dünya çempionuna 8 il cəza istəyib

Bakı Ağır Cinayətlər Məhkəməsində "Neftçi” İdman Klubunun kikboksinq bölməsinin rəhbəri, "Xocalı” İdman Klubunun prezidenti, kikboksinq üzrə beşqat dünya çempionu, Avropa kəmərinin sahibi Ehram Məcidovun cinayət işi üzrə növbətiməhkəməprosesi keçirilib.

Virtualaz.org-un xəbərinə görə, prosesdə dövlət ittihamçısı çıxış edərək, E.Məcidovun 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Zərərçəkmiş şəxsin vəkili Ceyhun Yusifov prokurorun az cəza istədiyini deyərək etiraz edib.

Çıxış zamanı təqsirləndirilən şəxslə vəkil arasında mübahisə yaranıb, hakim tərəflərəxəbərdarlıq edib.

Zərərçəkmişin digər vəkili də cəzanı yüngül hesab etdiyini deyərək, daha ağır cəza verilməsini istəyib.

Müdafiətərəfinin vəkilləri çıxış üçün məhkəmədən vaxt istəyiblər.

Məhkəmə prosesi iyunun 18-də davam edəcək.

Prosesdən sonra "Xocalı" idman klubunun üzvləri məhkəmənin qarşısında toplaşaraq, Ehram Məcidova azadlıq tələb ediblər.

Qeyd edək ki, Ehram Məcidov qayınatasını - 1953-cü il təvəllüdlü Bəhruz Dilbazini döyməkdə ittiham edilir.

Ona qarşı Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, zərərçəkmiş şəxsə ağır iztirablar verməklə vəya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdəköməksiz vəziyyətdəolan şəxsə qarşı törədildikdə), 126.2.4-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə törədildikdə) və 228-ci (soyuq silah gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.

 

XƏBƏR LENTİ

«    Sentyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30