Maqazİn

QALMAQAL: Rəqsanə: "Deyəcəkdim, ərə get, sakitləş, amma..." - FOTO

QALMAQAL: Rəqsanə:
 

Jurnalist Ülviyyə Alovlu ilə müğənni Rəqsanə İsmayılova arasında qalmaqal getdikcə böyüyür. 

Sfera.az  xəbər verir ki, ifaçı jurnalistin dünənki açıqlamasına "İnstagram" hesabında cavab verib. 

"Bəziləri yenə alovlanıb. Deyəcəkdim, ərə get, sakitləş, amma onla əlaqəli deyil artıq. Biriləri uzun illərdir mətbuatda yoxdu, fəaliyyət sıfır, bilmir özünü necə gündəmə gətirsin. Yaddan çıxmısan, bilirəm. Amma mən sehirbaz deyiləm, səni heç mən də gündəmə gətirə bilmərəm.

Vaxtında səni alan olsaydı, Aysun boyda qızın olardı. Özünü uşağımla reklam edirsən. Birdə ki, Azərbaycanda o qədər peşəkar, savadlı media nümayəndələrimiz var ki, şükür Allaha ehtiyacımız olanda işimizi həvalə edə bilirik. Mən halal, əziyyətlə pul qazanıram, amma kimlərsə havayı pul almaq istəyirdi.

O ki qaldı yaşadığım villaya, Cenniferin evində olmağa nə lüzum var, başın çıxmayan internet dünyasında yaşayırıq. Xaricdəki jurnalistlər sənin kimi yatmayıb. Dünyaca məşhur birinin evinin dizaynını öyrənmək sən düşündüyündən daha asandır, vallah. Bir də ki, mənə cinayətkar deyirsən, ehtiyatlı ol, son cinayət əməlim sən ola bilərsən".

Rəqsanə ad çəkməsə də, onun bu sözləri Ülviyyə Alovluya ünvanladığı gün kimi aydındır.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031