Gündəm

Qarabağda hərbi əməliyyat başlayacaq – “Azərbaycan hazır olmalıdır”

Qarabağda hərbi əməliyyat başlayacaq – “Azərbaycan hazır olmalıdır”
 

"Paşinyanın Qarabağ klanı ilə mübarizəsisində bir neçə istiqamət görmək olar. Qərbyönlü siyasətçilər ruspərəst siyasətçilərlə mübarizə aparırlar. Eyni zamanda onu da görürük ki, Qərb də Paşinyanı o qədər qəbul etmir. Hiss olunur ki, Qərb Paşinyana etibar etmir”.

Sfera.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında keçmiş xarici içlər naziri Tofiq Zülfüqarov deyib. O, bildirib ki, bu səbəbdən Qərbin Ermənistana ciddi maliyyə dəstəyi edib, bu ölkəni Rusiyanın nəzarətindən çıxarıb öz nəzarətinə götürməsi mümkünsüz görünür və çox mürəkkəb proseslər gedir:

"Hesab edirəm ki, Köçəryanın yenidən həbs edilməsi ilə Paşinyan Qərbə göstərmək istəyir ki, qərbyönlü siyasətçi olmaqda israrlıdır. Amma o, belə addımları ilə inam qazana bilmir. Gələcəkdə Ermənistanda baş verə biləcək böhranlar daha çox sosial yöndə görünür. 

Əvvəllər dediyim kimi, bir daha bildirirəm ki, Paşinyan Qarabağda hərbi əməliyyatların bərpasına çalışacaq. Uğurlu olub-olmamasından asılı olmayaraq, göstərməyə çalışacaq ki, Rusiya Ermənistanı satıb. Gedən ssenari buna bənzəyir. Paşinyanın başqa yolu qalmayıb. Gec və ya tez bu ssenari reallaşacaq. Azərbaycan buna hazır olmalıdır”.

XƏBƏR LENTİ

«    Noyabr 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
 123
45678910
11121314151617
18192021222324
252627282930