İqtİsadİyyat

"Qızıl islahatları" neftdən itirdiyimizi geri gətirəcəkmi?

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov "Azərbaycanda zərgərlik bazarının inkişaf perspektivləri: problemlər və imkanlar" mövzusunda sahibkarlarla keçirilən görüşdə Azərbaycanın qızıl istehsalı potensialına dair fikirlər səsləndirib.

Nazir zərgərlik sənayesində islahatların aparılmasının, ölkəmizin bu sahədə regional mərkəzə çevrilməsinin əsas hədəflərdən biri olduğunu bildirib. O, Azərbaycanda zərgərlik sahəsində fəaliyyət göstərən iştirakçıların fəaliyyətlərinin qanuni əsaslarla həyata keçirilməsinin təmin edilməli olduğunu da xüsusi vurğulayıb.

Bəs bu sahənin inkişafı üçün hansı əsaslı islahatlara ehtiyac var?

Bununla bağlı "Yeni Sabah"a danışan iqtisadi ekspert Akif Nəsirli deyir ki, ilkin mərhələdə vergilər azaldılmalı, ucuz kreditlər formalaşdırılmalıdır:

"Hazırki şəraitdə neftdən itirdiklərimizi Azərbaycan iqtisadiyyatının imkanları daxilində heç nə ilə bərpa etmək mümkün deyil. Bu məsələnin bir tərəfidir. Amma məsələ burasıdır ki, müxtəlif sahələrin müəyyən qədər inkişaf etdirilməsi, onların töhvə verməsi neftdən itirsək də, itirməsək də vacibdir. Neft onsuz müvəqqətidir. Neft bu il və ya gələn il dətükənməsə də, 50 il sonra olmayacaq. Ona görə də mən hesab edirəm ki, Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi vacibdir.

Qızıl alveri, qızıl məmulatlarının istehsalı ənənəsi Azərbaycanda var. Hər şeydən əvvəl ilk öncə bu sahəni stimullaşdırmaq lazımdır. Mikayıl Cabbarov bu sahədə islahatlar dedikdə həmin sahədə fəaliyyət göstərənlərin daha əsaslı şəkildə vergiyə cəlb edilməsi, bu sahənin inkişafına şərait yaratmaq üçün imkanların genişləndirilməsi və s.-i nəzərdə tutub.

İlk növbədə vergiyə cəlb etməzdən əvvəl onlar üçün şərait yaratmaq lazımdır, məsələn ucuz kreditlərə çıxışların formalaşdırılması və s. Gələcəkdə artıq sahibkar gəlir əldə etdikdən sonra vergiyə cəlb etmək olar. Vergi ilkin mərhələdə rəmzi xarakter daşımalıdır. İnkişaf etdirmək istədiyimiz sahələrdə vergilər azaldılmalıdır. Artıq bir müddət sonra belə sahələr gələcəkdə neftdən gələn gəlirləri kompensasiya edə bilər.

Azərbaycanda hazırda elə əsaslı pul qazanan sahibkarlarımız var ki, daha çox vergidən yayınır. Bu gün həmin sahibkarları şəffaf şəkildə vergiyə cəlb edə bilsək, iki mübahisatlığı aradan qaldırsaq, kölgə iqtisadiyyatına son qoya bilsək, dövlət büdcəsi bu vergilərin hesabına bir neçə dəfə arta bilər. Bunlar nefti kompensasiya edə biləcək real məsələlərdir".


XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930