Dünya

Qızıl meydanda kilsəni qarət etdilər

Qızıl meydanda kilsəni qarət etdilər

Naməlum şəxs Rusiyanın paytaxtı Moskva şəhərində, "Qızıl meydan”da yerləşən Kazan kilsəsini qarət edib.

"Qafqazinfo” "Moskva” agentliyinə istinadən bildirir ki, bu barədə hüquq mühafizə orqanlarına Kazan kilsəsinin nümayəndəsi məlumat verib. Onun sözlərinə görə, naməlum şəxs kilsənin kassasından 12 min rubl oğurlayıb qaçıb.

Artıq şübhəlinin əlamətləri müəyyən edilib: ilkin məlumata görə, bu, 40-50 yaşlı arıq, sarışın, orta yaşlı bir kişidir. Rusiya Federasiyasının Cinayət Məcəlləsinin 161-ci maddəsinə ("Oğurluq”) əsasən cinayət işi açılıb.

XƏBƏR LENTİ

«    Yanvar 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031