AKTUAL

Qüdrət Həsənquliyev Prezidentin çağırışına qoşuldu

Qüdrət Həsənquliyev Prezidentin çağırışına qoşuldu

BAXCP sədri: "Fondun bank hesabı açılan kimi ora ilk vəsait köçürən şəxslərdən biri olacağımı bildirirəm”

Prezident İlham Əliyev Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb.
Fərmana əsasən, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb.
"BayMedia” Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyevin Prezidentin imzaladığı fərmana münasibətini öyrənib.
Millət vəkili ölkə başçısının bu qərarını alqışladığını və zamanında verilmiş fərman olduğunu bildirib:
"Fürsətdən istifadə edib Prezidentin bu çağırışına qoşulduğumu bəyan edirəm və fondun bank hesabı açılan kimi ora ilk vəsait köçürən şəxslərdən biri olacağımı bildirirəm. Dövlət başçısının bu fərmanı tarixi əhəmiyyət kəsb edir və onun ölkə vətəndaşlarının sağlamlığının, təhlükəsizliyinin qayğısına qaldığını, hər bir vətəndaşın taleyindən narahat olduğunu göstərir. Xoşbəxtlikdən Prezidentin bundan öncə də müvafiq addımları ilə ölkəyə vaxtında lazımi avadanlıq və preparatlar, qoruyucu vasitələr gətirilib və karantin tədbirləri görülüb. İnşallah, Azərbaycan əsrin bəlasını çevrilməkdə olan bu virusa qarşı mübarizədən ən az itkilərlə çıxa bilən bir dövlət olacaq. Bunu arzu edirəm və ümid bəsləyirəm. Eyni zamanda, hamını milli həmrəyliyə və bu bəlaya qarşı birgə mübarizəyə çağırıram. Təlaşa gərək olmasa da səhlənkarlığa da yer yoxdur. Diqqətli və təmkinli olmaqda fayda var”.

XƏBƏR LENTİ

«    Mart 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031