İdman

Qvardioladan futbolçulara qələbə hədiyyəsi - İtaliyadan 22 model gətirdi - FOTO

Qvardioladan futbolçulara qələbə hədiyyəsi - İtaliyadan 22 model gətirdi - FOTO

Yanvarın 12-də "Aston Villa" klubuna qarşı keçirilən qarşılaşmada böyükhesablı qələbəyə sevinən "Mançester Siti" futbolçuları mükafatlandırılıb. 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, baş məşqçi Xosep Qvardiolanın razılığı ilə futbolçular üçün əyləncə gecəsi keçirilib. 

Gecənin xüsusi qonaqları İtaliyadan gətirilmiş 22 model xanım olub. 

Mərasim klub nümayəndələri tərəfindən bir neçə ay müddətində hazırlanıb. 

Qeyd edək ki, "Mançester Siti" "Aston Villa" üzərində 6:1 hesablı qələbə qazanıb. Qollardan üçünü Serxio Aquero, ikisini Riyad Mahrez, birini isə Qabreil Jesus vurub. 

 

Bu nəticə ilə "Mançester Siti" 47 xalla İngiltərə Premyer Liqasında ikinci yeri qoruyub. "Şəhərlilər" lider "Liverpul"dan 14 xal geridədir.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930