İdman

Rəşad Sadıqov: "Hər bir rəqib təhlükəlidi"

Rəşad Sadıqov:
Bu gün keçirilən Çempionlar Liqasının püşkatmasından sonra "Qarabağ"ın rəqibinin adına aydınlıq gəlib.
 
Sfera.az xəbər verir ki, ağdamlılar Albaniya təmsilçisi "Partizani" ilə qarşılaşcaq.
 
"Qarabağ"ın kapitanı və təcrübəli futbolçusu Rəşad Sadıqov da bu püşkü dəyərləndirib.
 
Müdafiəçi açıqlamasında, "Bizi iki çətin oyun gözləyir. Albaniya çempionuna qarşı oynayacağıq. Keçən il də bu ölkənin komandası ilə qarşılaşmışdıq. Bu oyunlara çox ciddi və yaxşı hazırlaşmalıyıq. Məşqçilər heyətimiz rəqibi analiz edəcək və bizə lazım olan məlumatı verəcək. Hazırda ən vacibi odu ki, özümüz yaxşı hazırlaşaq və formada olaq. Çünki Çempionlar Liqasıdı, hər bir rəqib təhlükəlidi. İstədiyimiz oyunu nümayiş etdirmək üçün yaxşı hazırlaşmalıyıq" ifadələrini işlədib.

XƏBƏR LENTİ

«    İyul 2019    »
B.eÇ.aÇC.aC.Ş.B
1234567
891011121314
15161718192021
22232425262728
293031