Dünya

Ruhani Avropanı təhdid etdi: “Əsgərləriniz təhlükə ilə qarşılaşa bilər”

Ruhani Avropanı təhdid etdi: “Əsgərləriniz təhlükə ilə qarşılaşa bilər”

İranlı general Qasım Süleymaninin ölümündən sonra ABŞ və İran arasında yaşanan gərginlik azalmağa başladığı bir vaxtda İran Prezidenti Həsən Ruhani növbəti sərt açıqlama ilə diqqət mərkəzinə gəlib.

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, ABŞ əsgərlərinin bölgədə təhlükəsiz vəziyyətdə olmadığını vurğulayan Ruhani Avropa Birliyi əsgərlərinin də təhlükəyə düşə biləcəyini söyləyib.

ABŞ-ın Yaxın Şərqi etibarsız bir vəziyyətə sürüklədiyi fikrini müdafiə edən Ruhani Vaşinqton rəhbərliyini törətdiyi cinayətlərə görə üzr istəməyə dəvət edib.

"Bölgədəki ABŞ əsgərləri təhlükəsiz vəziyyətdə deyil. Bu, sabah AB əsgərləri üçün də qüvvədə ola bilər. Onlar da təhlükədə ola bilər", - sözləri ilə Ruhani növbəti hədəfini göstərib.

XƏBƏR LENTİ

«    Aprel 2020    »
B.eÇ.aÇC.aC.Ş.B
 12345
6789101112
13141516171819
20212223242526
27282930